PSJ “Real”ın mərkəz müdafiəçisi Antonio Rüdigerlə müqavilə imzalamaq niyyətindədir.
Sportal.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Paris klubunun rəhbərliyi 32 yaşlı futbolçuya sərfəli müqavilə təklif etməyi və onun yayda Fransaya azad agent statusunda keçməsini istəyir. Çempionlar Liqasının hazırkı qalibi gənc heyətdən ibarət soyunub-geyinmə otağında təcrübəli liderə ehtiyac olduğunu düşünür. Parislilər almaniyalı müdafiəçinin bu rolu yerinə yetirə biləcəyinə inanır.
Almaniya millisinin üzvünün “kral klubu” ilə müqaviləsi 30 iyun 2026-cı il tarixinədək qüvvədədir.
Qeyd edək ki, Antonio Rüdiger bu mövsüm “Real”ın heyətində 7 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
