Futbol üzrə Azərbaycan I Liqasında XII tura yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün lider "Şəfa" səfərdə MOİK-in qonağı olub. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 30-a yüksəldən "Şəfa" liderliyini davam etdirir. 14 xalı olan MOİK isə 6-cı yerdədir.
MOİK - "Şəfa" 0:2
Qollar: N.Əliyev, 68, Z.Mərdanov, 83
