"Əl-İttihad" millinin hücumçusunu transfer edəcək

14:22 - 30 Dekabr 2025

Mərakeş millisinin və “Olimpiakos”un hücumçusu Ayoub El Kaabi karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportal.az “gazzetta.gr” portalına istinadən xəbər verir ki, 32 yaşlı forvardın xidmətində “Əl-İttihad” maraqlıdır.

El Kaabinin qış “transfer pəncərəsi” zamanı Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındır. Onun “Olimpiakos”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, bu mövsüm 14 matçda 12 qol vurub və 1 asist edib.

Mərakeşli futbolçu “Rasin Kasablanka”, “Berkane”, “Hebey”, “Vidad”, “Hatayspor”, “Əl-Sədd” klublarında oynayıb.
 

Xəbər xətti