Mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi başa çatan Con Stounzun klubdakı gələcəyi müəyyənləşib.
Sportal.az xəbər verir ki, ingiltərəli müdafiəçi yayda Premyer Liqa nəhənginin sıralarını tərk edəcək. Bu barədə yerli mətbuat məlumat yayıb.
Klub Stounza yeni sözləşmə təklif etməyi planlaşdırmır. 31 yaşlı mərkəz müdafiəçisi iyulda azad agent statusunda olacaq.
Qeyd edək ki, "Mançester Siti" Con Stounzu 2016-cı ilin yayında "Everton"dan 55 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində 13 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
