Kriştiano Ronaldo bu klubun səhmlərini aldı

16:55 - 26 Fevral 2026

"Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo "Almeriya"nın səhmlərinin 25 faizini alıb.

Sportal.az xəbər verir ki, bu barədə Sequnda təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Kriştianoya İspaniyadan bir neçə təklif olsa da, o, "Almeriya"nın səhmlərini almaqda israr edib.

“Almeriya” İspaniya Sequndasında 27 turdan sonra 48 xalla 3-cü sıradadır.

Xəbər xətti