"Neftçi" Şamaxı səfərində"Qəbələ" "Karvan-Yevlax"ı qəbul edir - YENİLƏNİR

10:12 - 28 Fevral 2026

Misli Premyer Liqasında XXII turun daha iki oyunu bu gün keçiriləcək.

Sportal.az xəbər verir ki, ilk olaraq "Neftçi" "Şamaxı"nın qonağı olacaq. Şamaxı şəhər stadionundakı qarşılaşma saat 14:30-da start götürəcək. 

Günün ikinci qarşılaşmasında "Qəbələ" "Karvan-Yevlax"ı sınağa çəkəcək. Qəbələ şəhər stadionundakı matç saat 17:00-da başlayacaq. 

Misli Premyer Liqası

XXII tur

28 fevral

14:30. "Şamaxı" – "Neftçi"

Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Kərim Zeynalov, İnqilab Məmmədov

VAR: Cavid Cəlilov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Elgiz Abbasov

Şamaxı şəhər stadionu

17:00. "Qəbələ" – "Karvan-Yevlax"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Mirnihat Seyidov, Rövşən Rəcəbov

VAR: Vüqar Həsənli

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Bəhram Qurbanov

Qəbələ şəhər stadionu

Xəbər xətti