Qəbələ stadionu qardan təmizlənir - FOTO

11:37 - 28 Fevral 2026

"Qəbələ" Misli Premyer Liqasının 22-ci turu çərçivəsində doğma meydanda "Karvan-Yevlax"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, ötən gecə rayon ərazisinə qar yağıb. Klub əməkdaşları texnikalar vasitəsi ilə Qəbələ şəhər stadionunun meydançasını qardan təmizləyiblər.

Qeyd edək ki, "Qəbələ" - "Karvan-Yevlax" qarşılaşması bu gün saat 17:00-da start götürəcək.


Xəbər xətti