PSJ-nin qapıçısı Bilal Laurendon karyerasını Azərbaycan Premyer Liqasında davam etdirməyə yazındır.
Sportal.az xəbər verir ki, bu barədə "L’Équipe" nəşri məlumat yayıb.
Xəbərdə bildirilib ki, "Sabah" mərakeşli qolkiperin keçidini yekunlaşdırmaq üzrədir. Laurendon Fransa klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. 20 yaşlı "əlcək sahibi" yayda azad agent statusu ilə Masazır təmsilçisinin sıralarına qoşulacaq.
Qeyd edək ki, Bilal Laurendon PSJ akademiyasının yetirməsidir. Klubun U-23 komandasında çıxış edən gənc futbolçu həmçinin Mərakeş U-20 millisinin üzvüdür.
saytlarin hazirlanmasi
