Macarıstan - Azərbaycan matçının hakimləri açıqlandı

15:15 - 5 Mart 2026

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda martın 7-də, Bakı vaxtı ilə saat 17:30-da Felksutdakı “Panço Arena”da keçiriləcək Macarıstan - Azərbaycan  oyununa hakim təyinatları açıqlanıb.

Sportal.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək:

7 mart

Macarıstan (Qadınlar) - Azərbaycan (Qadınlar)
“Panço Arena”. Saat 17:30
Baş hakim: Filipa Pereyra Kunya
Baş hakimin köməkçiləri: Andreya Souza, Kristiana Moreyra Kosta
Dördüncü hakim: Sara Alves
(Hakimlər briqadası Portuqaliyadandır)

Xəbər xətti