"Yuventus"un yarımmüdafiəçisi Xefren Türam karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Caught Offside" məlumat yayıb.
Mersisayd təmsilçisi Türamı yayda heyətinə qatmağa çalışacaq. "Qırmızılar" 24 yaşlı oyunçu üçün İtaliya klubuna 50 milyon avro və bonuslar ödəməyə hazırdır.
Qeyd edək ki, "Yuventus" Xefren Türamı 2024-cü ilin yayında "Nitsa"dan 20 milyon avroya transfer edib. Fransa millisinin üzvü bu mövsüm "ağ-qaralar"ın heyətində meydana çıxdığı 35 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
