"Qarabağ"ın qapıçısı Fabian Buntiç komandadan ayrılacaq.
Sportal.az saytına verilən məlumata görə, almaniyalı qolkiper əslində komandanı qış "transfer pəncərəsi" zamanı tərk etməli idi.
Lakin onu istəyən klublar sonradan təklifini geri çəkmişdi. Buna səbəb isə Buntiçin oyun praktikasının çox olmamasıdır.
Hazırda isə Buntiçi istəyən daha bir komanda ortaya çıxıb. Belə ki, Qazaxıstan yüksək liqasında yarışan "Aktobe" Buntiçlə yaxından maraqlanır.
Aktobe şəhərinin təmsilçisi yayda 29 yaşlı qolkiperi icarəyə götürməyi planlaşdırır.
Buntiçin "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində "İnqolştadt", "Vizela" komandalarında çıxış edib.
saytlarin hazirlanmasi
