"Bağışla, "Real", əvvəlcə zəng etmək lazımdır" - Klopp

23:00 - 23 Mart 2026

Yurgen Klopp "Real"ın onu baş məşqçi postuna dəvət etmək istədiyi barədə şayiələri şərh edib.

Sportal.az xəbər verur ki, o, öz açıqlamasında bunları qeyd edib:

“Yaxşıdır ki, bu barədə danışırıq. Hekayə nə vaxt həqiqətə çevrilir? Kimsə kağızda nəsə yazanda, yoxsa doğrudan da nəsə baş verəndə? Bəlkə Florentino Perez mənə zəng etməlidir: "Yurgen, necəsən?" Yoxsa hansısa saytın yazması kifayətdir? Bu məni əsəbləşdirir.

Bir az daha məsuliyyətli olmaq lazımdır. Bunların hamısı cəfəngiyyatdır. “Real” mənə bir dəfə də zəng etməyib.

Mən həm də "Atletiko"nu çalışdıracağam! Ən yaxşısı – “Real”la eyni vaxtda! Bağışla, Madrid, əvvəlcə zəng etməlisən,” – deyə Klopp zarafatla bildirib.

Xəbər xətti