"Əgər yaxşı formada olsa, Ançelotti onu çağıracaq" - Ronaldo

23:51 - 23 Mart 2026

Ronaldo Nazario Neymarın Braziliya millisindən kənarda qalmasına münasibət bildirib.

Sportal.az xəbər verir ki, sabiq Braziliya millisinin hücumçusu öz açıqlamasında bunları qeyd edib:

“Son vaxtlar Neymar ciddi zədələrlə mübarizə aparır, amma onu dünya çempionatına çağırmaq üçün əlavə tanımağa ehtiyac yoxdur. Əgər o, yaxşı formada olsa, mən onu mütləq çağırardım.

O, bəlkə də bütün matçları tam oynamayacaq, amma texniki baxımdan çox vacib oyunçudur və harada çıxış edibsə, öz dəyərini sübut edib.

Ümid edirəm ki, o, yaxşı fiziki vəziyyətdə olacaq və Karlo Ançelotti üçün əlçatan olacaq. Əminəm ki, əgər formada olsa, Ançelotti onu dünya çempionatına aparacaq,” – deyə Ronaldo bildirib.

Xəbər xətti