"Barselona" portuqaliyalı müdafiəçini saxlamaq istəyir

09:53 - 24 Mart 2026

"Barselona" "Əl-Hilal"dan icarəyə götürdüyü Joau Kanselunun transfer hüquqlarına yiyələnmək istəyir.

Sportal.az xəbər verir ki, məşqçilər korpusu portuqaliyalı müdafiəçinin performansını bəyənir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Səudiyyə Ərəbistanı klubu Kanselu üçün 15 milyon avro tələb edir. İspaniya nəhəngi isə 31 yaşlı sol cinah müdafiəçisinin keçidini daha aşağı məbləğə yekunlaşdırmağa çalışır.

Qeyd edək ki, "Barselona" Joau Kanselunu bu ilin yanvarında icarəyə götürüb. Portuqaliya millisinin üzvü Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti