PSJ “Verder”in futbolçusu Karim Kulibalini heyətinə qatmağı planlaşdırır.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Fransa çempionu 18 yaşlı müdafiəçisi üçün danışıqlara başlayıb.
“Verder”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədər olan Kulibali bu mövsüm 22 görüşdə meydana çıxıb və 1 qol vurub.
Parislilər yayda bu transferi reallaşdırmağa çalışacaq.
