Millimizin üzvü oynadı, komandası qələbə qazandı

22:23 - 25 May 2026

Futbol üzrə Bolqarıstan çempionatında “Konfrans Liqası qrupu” üzrə 36-cı turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi “Arda”  səfərdə “Çerno More” ilə qarşılaşıb. Matç qonaqların 3:2 hesablı  qələbəsi ilə başa çatıb.

Start heyətində  meydana çıxan Cəlal Hüseynov 63-cü dəqiqədə əvəzlənib.

“Arda” hazırda 54 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti