Türkiyəli futbolçu "Borussiya"dan ayrıldı - azad agent kimi

23:47 - 25 May 2026

Salih Özcan "Borussiya" (Dortmund) klubunu tərk edib.

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi 28 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti başa çatdığı üçün komandadan ayrıldığını açıqlayıb.

Özcan 2022-ci ildə "Köln"dən “Borussiya”ya transfer olunmuşdu. O, ötən Bundesliqa mövsümündə 11 oyunda meydana çıxıb və orta hesabla 6 dəqiqə oynayıb.

Xəbər xətti