"Arsenal" hücumçusu üçün 20 milyon funt tələb edir

00:36 - 28 May 2026

"Arsenal" bu yay 29 yaşlı hücumçu Qabriel Jesus üçün 18–20 milyon funt-sterlinq tələb etməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, "The Athletic"in məlumatına görə, bir neçə klub braziliyalı futbolçunun vəziyyəti ilə maraqlanıb və “topçular” onun üçün bu qiymət aralığını müəyyən edib.

Qabriel Jesusun "Arsenal"la müqaviləsində hələ 1 il qalır. O, ötən mövsüm Premyer Liqada 14 oyunda 3 qol vurub.

Xəbər xətti