"Arsenal"ın hücumçusu üç klubun hədəfində

12:55 - 28 May 2026

"Arsenal"ın hücumçusu Qabriel Jezus vətəninə qayıda bilər.

Sportal.az xəbər verir ki, "Palmeyras" braziliyalı forvardın transferində ciddi şəkildə maraqlıdır və artıq onunla əlaqə saxlayır. Bu barədə "Nosso Palestra" nəşri məlumat yayıb.

"Topçular"ın düşərgəsindəki gələcəyi ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, 29 yaşlı futbolçu hazırda daha iki və ya üç il Avropa futbolunda qalmağı planlaşdırır. "Sambaçı"nın transferi variantlarını Madrid "Atletiko"su və "Milan" da nəzərdən keçirir.

Qabriel Jezus "Palmeyras"ın yetirməsidir. Braziliya millisinin üzvü "Arsenal"a 2022-ci ilin yayında "Mançester Siti"dən transfer olunub. Onun londonlularla hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Qabriel Jezus ​2025/26 mövsümündə London klubunun heyətində bütün turnirlərdə 27 qarşılaşmada iştirak edib, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti