Xviça Kvaratsxeliya UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib.
Sportal.az xəbər verir ki, Gürcüstan millisinin vingeri bu uğura PSJ-nin heyətində nail olub. Paris təmsilçisi Çempionlar Liqasını ardıcıl ikinci dəfə qazanıb.
Kvaratsxeliya cari mövsümdə turnirdə 16 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib. O, ümumilikdə 124,17 km məsafə qət edib və maksimum 33,7 km/saat sürətə çatıb.
Xatırladaq ki, 2024/25 mövsümündə Çempionlar Liqasının ən yaxşı oyunçusu adına Ousman Dembele layiq görülmüşdü.
saytlarin hazirlanmasi
