"Qəbələ" üç futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, İbrahim Sanqare və Rüfət Əhmədovla müqavilə müddəti başa çatıb. Həmçinin CAR-ın “Stellenboş” klubundan icarəyə götürülmüş Turan Manafovun icarə müaviləsi bitib.
Klub futbolçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, Sanqare ilə Əhmədov mövsümün əvvəlindən "Qəbələ"də çıxış edirdi. Manafov isə qış fasiləsində "qırmızı-qaralar"a qoşulmuşdu.
saytlarin hazirlanmasi
