"Strasburq"un Əli Bəşirovla bağlı fikirləri müsbətdir" - Aftandil Hacıyev

16:10 - 1 İyun 2026

"Qarabağ"ın gənc futbolçusu Əli Bəşirov Fransanın "Strasburq" klubunda iki həftəlik baxışdan sonra vətənə qayıbıb.

Sportal.az saytı Bəşirovla bağlı "Qarabağ" Futbol Akademiyasının koordinatoru Aftandil Hacıyevin fikirlərini öyrənib:

"Strasburq"un Əli Bəşirovla bağlı fikirləri müsbətdir. Fransa klubu onun performans göstəricilərini bizə də göndərib. Onu yaxşı qiymətləndiriblər. Sonrakı gedişatla bağlı gələcəkdə mətbuata klub tərəfindən ətralı məlumat veriləcək".

Xəbər xətti