Ançelottinin oğlu Avropanın tanınmış klubunun baş məşqçisi təyin olundu

16:26 - 1 İyun 2026

Fransanın "Lill" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini Davide Ançelotti çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

36 yaşlı mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Davide Ançelotti Karlo Ançelottinin oğludur. İtaliyalı məşqçi son olaraq Braziliya millisində atasının köməkçisi kimi çalışıb.

Xəbər xətti