"Arsenal"ın zədəli müdafiəçisi DÇ-2026-da çıxış edəcək?

00:22 - 2 İyun 2026

Villiam Saliba DÇ-2026-da oynaya biləcək.

Sportal.az xəbər verir ki, daha əvvəl "Arsenal" və Fransa millisinin müdafiəçisinin bel nahiyəsindən aldığı zədə səbəbindən mundialdakı iştirakı ilə bağlı suallar yaranmışdı.

Lakin "RMC Sport"un məlumatına görə, futbolçunun bazar ertəsi keçdiyi müayinələrin nəticələri ümidverici olub. Saliba çərşənbə axşamı milli komandanın düşərgəsinə qoşulacaq və böyük ehtimalla dünya çempionatında iştirak edə biləcək.

Bununla belə, Fransa millisinin tibbi heyəti oyunçunun vəziyyətini diqqətlə izləməyə davam edəcək.

Xəbər xətti