Rodri bildirib ki, gələcəyi ilə bağlı qərarı DÇ-2026 başa çatdıqdan sonra verəcək. Daha əvvəl "Real" prezidentliyinə namizəd Enrike Rikelme seçkilərdə qalib gələcəyi təqdirdə Rodrini transfer edəcəyinə söz vermişdi.
Sportal.az xəbər verir k, İspaniya millisinin yarımmüdafiəçisi bu barədə danışarkən deyib:
“Biz burada dünya çempionatı haqqında danışmaq üçün toplaşmışıq. Gələcəyimə gəlincə, turnirin sonunu gözləyəcəyəm.
Futbolçuların adlarının müxtəlif klublarla hallandırılması normaldır, bu futbolun bir hissəsidir. Mən diqqətimi tamamilə oyuna yönəltmişəm, milli komandanın kapitanıyam. Bunu qəbul etməliyəm. Mən komandanın liderlərindən biriyəm və yeganə məqsədim İspaniya yığmasına bu dünya çempionatını qazanmaqda kömək etməkdir. Bu məsələlərə vaxt sərf etməyəcəyəm. Dünya Çempionatından sonra nə olacağını görəcəyik.”
Rodri bununla transfer şayiələrinə münasibət bildirsə də, gələcəyi ilə bağlı qəti mövqe açıqlamayıb.
saytlarin hazirlanmasi
