Milli komandamızda da çıxış etmiş Mehdi Cənnətovun “Sumqayıt”da qalıb-qalmayacağı hələ ki dəqiq deyil.
28 yaşlı qolkiperə bir neçə klubdan maraq var. Sportal.az saytına açıqlama verən Cənnətov qarşıdakı mövsümlə bağlı qərar vermədiyini deyib:
“Mən hələ ki heç kimlə danışıq aparmamışam. Təbii ki, mənim üçün prioritet “Sumqayıt”dır. Çünki orada artıq ilk il deyil ki, oynayıram. Gələcəklə bağlı ilk növbədə onlarla danışmalıyam. Necə olacağını görəcəyik”.
