"Börnli"nin müdafiəçisi Maksim Estev İngiltərədə klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, Premyer Liqanı tərk edən klubun futbolçusunun xidmətində "Liverpul" maraqlıdır. Bu barədə "TEAMtalk" məlumat yayıb.
Mersisayd təmsilçisinin yeni baş məşqçisi 24 yaşlı mərkəz müdafiəçisinin oyununu bəyənir və onu komandasında görmək istəyir. "Liverpul"un oyunçu üçün yaxın vaxtlarda hərəkətə keçəcəyi bildirilir.
Qeyd edək ki, "Börnli" Maksim Estevi 2024-cü ilin yayında "Monpelye"dən 12 milyon avroya transfer edib. Futbolçu 2025/26 mövsümündə komandanın heyətində 36 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
