Ezekiel Lavezzi hesab edir ki, "Napoli" Massimiliano Alleqrinin rəhbərliyi altında daha da uğurlu olacaq.
Sportal.az xəbər verir ki, neapolluların sabiq hücumçusu "Live The Dream 2026" tədbiri ərəfəsində maraqlı çıxışı ilə yadda qalıb:
“Düşünürəm ki, "Napoli"də artıq qalibiyyət dövrü başlayıb. Komanda ötən il Skudettonu qazandı, bu mövsüm isə ikinci yeri tutdu.
Əgər onlar Alleqrini gətirsələr, mütləq daha yüksək səviyyəyə yüksələ biləcəklər. O, əvvəllər də çempionatlar qazanıb və ümid edirəm ki, bunu Neapolda da bacaracaq."
saytlarin hazirlanmasi
