Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiyanı məğlub edib. “Tipos Arena”dakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib. Komandanın heyətində Xətai Bağırov fərqlənib.
Daha sonra penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan komandamız adını finala yazdırıb.
Azərbaycan millisi finalda Ukrayna ilə qarşılaşacaq. Matç iyunun 4-də keçiriləcək.
saytlarin hazirlanmasi
