Avstriya milli komandası DÇ-2026 öncəsi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "Leytsiq"də çıxış edən Kristof Baumqartner sıradan çıxıb. Bu barədə Avstriya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
26 yaşlı hücumameyilli yarımmüdafiəçi Tunislə keçirilən yoldaşlıq oyunundan əvvəl baş tutan isinmə hərəkətləri zamanı ayaq əzələsindən zədə alıb. Futbolçu buna görə mundialda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Avstriya millisi dünya çempionatının final mərhələsinin J qrupunda Argentina, Əlcəzair və İordaniya ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi
