"Bəzən "Barselona" üçün 12 oyunçu oynayır, çünki hakim onların tərəfində olur" - "Real"ın prezidentliyə namizədi

01:07 - 4 İyun 2026

"Barselona" hakimlərin müsbət münasibətindən yararlandığını düşünən Enrike Rikelme tərəfindən tənqid edilib.

Sportal.az xəbər verir ki, bu il "Real"ın prezidentliyinə namizədliyini verən Rikelme “El Hormiguero”ya verdiyi müsahibədə bildirib ki, "Bəzən "Barselona" üçün 12 oyunçu oynayır, çünki hakim onların tərəfində olur”.

Məlumata görə, ötən mövsüm La Liqada "Barselona" 94 xalla İspaniya çempionu olub, "Real" isə 86 xalla ikinci yeri tutub.

Xəbər xətti