"İnter"in müdafiəçisi karyerasını "Real"da davam etdirmək istəyir

22:33 - 2 İyun 2026

Denzel Dumfrisin transferi əvvəl düşünüldüyündən daha ucuz başa gələ bilər.

Sportal.az xəbər verir ki, "Real" prezidenti Florentino Peres seçkilərdə qalib gələcəyi təqdirdə, klub "İnter"in müdafiəçisini transfer etməyə çalışacaq. Həmin vaxt futbolçunun sərbəstqalma məbləğinin 25 milyon avro olduğu bildirilirdi.

İnsayder Fabritsio Romano bu məlumatı dəqiqləşdirərək qeyd edib ki, Niderland millisinin üzvünü 20 milyon avroya transfer etmək mümkündür. Klub və oyunçu arasında artıq danışıqlar gedir və Dumfrisə "Liverpul" da maraq göstərsə də, futbolçu məhz "Real"a keçməyə üstünlük verir.

Denzel Dumfris 2021/22 mövsümündən bəri "Inter"in formasını geyinir.

Xəbər xətti