"Atletiko" Victor Osimhen ilə maraqlanır.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu nigeriyalı hücumçunun vəziyyətini yaxından izləyir. Bu maraq, Julian Alvaresin komandadan ayrılacağı təqdirdə daha da aktuallaşa bilər. Argentinalı forvardla "Barselona", PSJ və "Arsenal" maraqlanır.
Mənbənin bildirdiyinə görə, Osimhenin transferində "Mançester Yunayted" də daxil olmaqla bir sıra Avropa klubları maraqlıdır.
Hazırda "Qalatasaray" ilə müqaviləsində sərbəstqalma məbləği göstərilməsə də, klub futbolçunu 2027-ci ilin yayına qədər başqa bir A Seriyası klubuna satacağı halda "Napoli"yə 70 milyon avro cərimə ödəməli olacaq.
Futbolçunun vergilərdən sonrakı illik maaşı 15 milyon avro təşkil edir ki, bu da mümkün transferi xeyli çətinləşdirə bilər.
27 yaşlı Nigeriya millisinin hücumçusu bu mövsüm Türkiyə çempionatında keçirdiyi 22 oyunda 15 qol vuraraq komandasının ən məhsuldar futbolçusu olub.
saytlarin hazirlanmasi
