"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilk transfer hədəflərini müəyyənləşdirib.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, bugünlərdə klubla müqavilə müddətini 3 il uzadan təcrübəli mütəxəssis 5 yeni legionerin alınmasını istəyib.
İki mərkəz müdafiəçisi, sol cinah müdafiəçisi, dayaq yarımmüdafiəçisi və pleymeker - bu, onun gücləndirməyi planlaşdırdığı mövqelərdir.
Çalışdırıcının sərəncamında görməyə maraq göstərdiyi əcnəbilərlə danışıqlar hazırda tam sürətlə davam edir.
Bu gedişlə iyunun ilk 10-15 günü ərzində ard-arda transfer xəbərləri ala bilərik.
Ağdam təmsilçisi ötən günlərdə 2 legionerlə güclənib. Kiprdən qabonlu hücumçu Zakaria Savo ("Aris" Kipr) və fransalı vinger Jali Muaddib (“Omoniya” Aradippou) komandanın sıralarına qatılıb.
Savonun keçidi 800 min avro qarşılığında gerçəkləşibsə, Muadib havayı başa gəlib. İsveç vətəndaşlığı daşıyan afrikalı forvardla və sol cinah yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Vitse-prezident əvəzində 4 nəfərlə vidalaşıb. Bunlar Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmaedir.
saytlarin hazirlanmasi
