Gürcüstan klubunun forvardı: "Azərbaycan yığmasında qollar vurmaq üçün səbirsizlənirəm"

14:18 - 3 İyun 2026

Azərbaycanın U-21 yığmasının üzvü, "Dinamo"nun(Tbilisi) forvardı, icarə əsasında Gürcüstan yüksək liqasında yarışan “Meşxate” klubunda oynayan Yusuf Mehtiyev Sportal.az saytına açıqlama verib. 

O, yığma komandaya dəvət edilməsindən bəhs edib. Həmçinin, yığmadakı hədəflərindən söz açıb:

"Əlbəttə ki, Azərbaycan yığmasına dəvət edildiyim üçün çox sevinirəm. Şükür Allaha, dəvət edildim. Yığma komandamız üçün qollar vurmağa çalışacam. Həqiqətən bunun üçün çox səbirsizlənirəm. Ümidvaram ki, hər şey yaxşı alınacaq".

Mehtiyevin icarə əsasında formasını geyindiyi komandanın baş məşqçisi “Neftçi”nin sabiq forvardı Vladimir Burdulidir. Yığmamızın hücumçusu Burdulinin onunla daimi söhbət etdiyini bildirib: "Əlbəttə ki, yığma komandaya dəvət edildiyim üçün klubdakılar da şad oldu. Baş məşqçim isə mənə hər zaman daim məsləhətlərini verir. Çünki çox təcrübəli biridir, çox yaxşı da baş məşqçidir. Ona da minnətdaram".

Mirbağırağa

Xəbər xətti