"Ronaldo təkcə mənim yox, demək olar ki, bütün uşaqların kumiri idi"

22:11 - 3 İyun 2026

“Real"ın hücumçusu Endrik Kriştiano Ronaldo ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, gənc futbolçu öz açıqlamasında bunları qeyd edib:

“Futboldakı kumirim həmişə Kriştiano olub. Onun çıxış etdiyi müxtəlif komandalarda oyunlarını izləyirdim və ona xüsusi maraq göstərirdim. O, təkcə mənim deyil, demək olar ki, bütün uşaqların kumiri idi. Ümid edirəm ki, karyerasını davam etdirəcək ki, mən də onu izləyə bilim və Allahın izni ilə ondan daha çox şey öyrənim.

Kriştiano “Real"a keçəndə düşünürəm ki, bu, mənim də “Real”ın futbolçusu olmaq istəyimi daha da gücləndirdi. Çünki bu klubda çıxış etmiş braziliyalı ulduzları tanıyırdım və eyni zamanda mənim kumirim də burada oynamışdı."

Xəbər xətti