Sandro Tonali İngiltərənin aparıcı klublarının maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun verdiyi məlumata görə, "Mançester Siti" Elliot Andersonun transferi ilə bağlı "Nottingem" ilə razılığa gələ bilməsə, diqqətini “Nyukasl”ın yarımmüdafiəçisi Tonaliyə yönəldə bilər. Bununla belə, “şəhərlilər” ilkin uğursuzluğa baxmayaraq, ingilis futbolçu ilə bağlı danışıqları davam etdirəcəklər. Tonaliyə həmçinin "Arsenal" da iddialıdır.
İtaliya millisinin yarımmüdafiəçisi bu mövsüm İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
