“Sabah” uzun müddətdir komandada çıxış edən Amin Seydiyevlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Masazır klubunun sabiq kapitanı sosial şəbəkədə bu barədə paylaşım edib:
"Sabah"mənim üçün sadəcə bir klub olmadı. Burada böyüdüm, inkişaf etdim, dostlar qazandım və həyatımın ən gözəl anlarını yaşadım. Son illərdə bu komandanın kapitanı olmaq, bu mövsüm isə birlikdə həm çempionluğu, həm də kuboku qazanmaq mənim üçün sözlə ifadə edilə bilməyəcək qədər böyük qürurdur. Bu, futbolla vidalaşdığım anlamına gəlmir. Sadəcə, karyeramda yeni bir səhifə açmağın vaxtı çatdı.
Bu 6 il ərzində yanımda olan, hər zaman dəstəyini hiss etdiyim klub prezidentimiz Maqsud müəllim başda olmaqla, Ramin müəllim, klubun bütün əməkdaşlarına, komanda yoldaşlarıma, məşqçilərimə və ən əsası hər zaman bizi dəstəkləyən azarkeşlərə sonsuz təşəkkür edirəm! Sizin dəstəyiniz olmasaydı, bu yol bu qədər xüsusi olmazdı. Ayrılmaq asan deyil. Amma gedərkən özümlə saysız-hesabsız xatirələr, böyük qürur və dərin minnətdarlıq aparıram!
Hər şey üçün təşəkkürlər!".
