PSJ rus qolkiperi komandada saxlayacaq

21:48 - 4 İyun 2026

PSJ Matvey Safonovu komandada saxlamağa qərar verib.

Sportal.az “Le Parisien”ə istinadən xəbər verir ki, Fransa nəhəngi rus qapıçıya yeni müqavilə təklif edib.

Tərəflər arasında da razılıq əldə edilib. Rusiya millisinin üzvü də iş yerini dəyişmək fikrində deyil.

Matvey Safonov 2024-cü ilin iyun ayında “Krasnodar”dan transfer olunub. O, 2029-cu ilə qədər PSJ-yə məxsusdur.

Safonovun yeni müqaviləsi 2031-ci ilə qədər olacaq.

Xəbər xətti