İtaliya millisinin sabiq üzvü Türkiyə klubuna keçə bilər

13:47 - 4 İyun 2026

İtaliya millisinin sabiq üzvü Stefan Əl-Şaravi yeni mövsüm hansı komandada oynayacağı ilə bağlı seçimini etməyib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun “Roma”dan ayrılacağı dəqiqdir.

Onun “canavarlar”la müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

Təcrübəli futbolçunun xidmətində “Cenoa”, “Venetsiya”, “Komo” ilə yanaşı “Əl-Şabab” və “Başakşəhər” də maraqlıır. O, karyerası ərzində “Cenoa”, “Padova”, “Milan”, “Monako”, “Şanxay Şenxua” klublarında çıxış edib.

Xəbər xətti