"Qəbələ” kimi klubun həmişə daha yuxarı yerlər üçün mübarizə aparmalı olduğunu bilirik" - Azərbaycandakı qanalı

13:22 - 4 İyun 2026

"Qəbələ"nin müdafiəçisi İsaak Amoah Sportal.az saytına müsahibə verib.

- “Qəbələ” Premyer Liqada qalmağı bacardı. Bir müddət əvvəl 11-ci yeri tutduğunuza görə necə kədərlənmişdinizsə, yəqin ki, buna da bir o qədər sevindiniz...

Əlbəttə ki, əsas məqsədimizə çatdığımıza və Premyer Liqadakı yerimizi təmin etdiyimizə görə xoşbəxtik. Çoxsaylı çətinliklərlə dolu ağır mövsüm idi. Ona görə də bu məqsədə çatmaqda məmnunluq var. Eyni zamanda, “Qəbələ” kimi klubun həmişə daha yuxarı yerlər üçün mübarizə aparmalı olduğunu bilirik.

- "Mingəçevir"ə qarşı oyun necə keçdi? Demək olar ki, asanlıqla qalib gəldiniz...

Biz “Mingəçevir”ə hörmətlə yanaşırdıq. Çünki onlar I Liqada çox yaxşı mövsüm keçirmişdilər. Eyni zamanda, öz keyfiyyətimizə və hazırlığımıza əmin idik. Matça yaxşı başladıq, qol şansları da yaratmışdıq və oyunun böyük hissəsində nəzarəti özümüzdə hiss etdik. Lakin biz heç vaxt onları qiymətləndirməmək mövzusu olmamışdı. 

- "Mingəçevir" güclü komanda hesab olunurdu, I Liqada ikinci yeri tutmuşdu. I Liqa klubları ilə Premyer Liqa klubları arasındakı fərq çox böyükdür?

"Mingəçevir" I Liqada ən yaxşı komandalarından biri olduğunu göstərdi. Amma düşünürəm ki, Premyer Liqa daha yüksək keyfiyyət, intensivlik və stabillik tələb edir. Fərq var, amma hər komanda mütəşəkkil və hazırdırsa, rəqabətədavamlı ola bilər.

- "Qəbələ” ilə müqavilənin bitməsinə hələ bir il qalıb. Növbəti mövsüm səni “Qəbələ”də görəcəyik, yoxsa getmək istəyirsən?

Bəli, klubla hələ də müqaviləm var və hazırda diqqətim “Qəbələ”yə yönəlib. Kluba, komanda yoldaşlarıma və azarkeşlərə minnətdaram. Gələcəyə gəldikdə isə, futbol tez dəyişə bilər, amma hazırda diqqətim işimi davam etdirməyə və komandaya kömək etməyə yönəlib.

- 2026/2027 mövsümündə komandanın turnir cədvəlinin sonunda yer almaması üçün nə etmək lazımdır? Heyətiniz bu mövsüm güclü idi?

Hesab edirəm ki, keyfiyyətli heyətimiz var idi. Amma uzun mövsüm ərzində ardıcıllıq çox vacibdir. Bu ildən dərslər üzərində işləməli, əsas anlarda təkmilləşməli və mövsüm boyu daha yüksək səviyyəni qorumalıyıq. Əgər bunu etsək, komanda daha rəqabətli ola bilər.

- Bu mövsümü Azərbaycan Premyer Liqasında başa vurdun. Premyer Liqanın səviyyəsi, rəqiblər barədə nə düşünürsən? 

Düşünürəm ki, Azərbaycan çempionatı rəqabətli və tələbkardır. Yaxşı komandalar, təcrübəli oyunçular var və hər matç tam konsentrasiya tələb edir. Gəlməzdən əvvəl müəyyən gözləntilərim var idi, amma burada oynadıqdan sonra liqanın çətin olduğunu və xal qazanmağın heç vaxt asan olmadığını gördüm.

Mirbağırağa
 

Xəbər xətti