"Sabah" klubun rekordçusu ilə yollarını ayırdı - RƏSMİ

15:15 - 4 İyun 2026

"Sabah” uzun müddətdir komandada çıxış edən Amin Seydiyevlə yolları ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi uzadılmayıb.

Komandanın kapitanı 2020-ci ildən “Sabah”da çıxış edirdi. O, bu müddət ərzində 186 oyunda forma geyinib, 7 qola imza atıb. Amin həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

“Sabah” heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin Seydiyevə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xəbər xətti