İspaniya La Liqasında 2025/26 mövsümünün ən yaxşı oyunçusu məlum olub.
Sportal.az xəbər verir ki, "Barselona"da çıxış edən Lamin Yamal ən yaxşı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
18 yaşlı vinger başa çatan mövsümdə ölkə çempionatında meydana çıxdığı 28 matçda 16 qol vurub, 12 məhsuldar ötürmə edib.
Qeyd edək ki, 94 xal toplayan "Barselona" İspaniya çempionatının qalibi olub. Kataloniya təmsilçisini çalışdıran Hans Flik mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.
saytlarin hazirlanmasi
