İngiltərə millisinin sabiq forvardı Ceymi Vardi Azərbaycana gəlməyəcək.
Sportal.az xəbər verir ki, adı "Neftçi" ilə hallanan hücumçu "Rasinq"lə anlaşıb.
İspaniya mətbuatının məlumatına görə, 39 yaşlı futbolçu Santander təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.
O, son mövsümü "Kremoneze"nin heyətində 29 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
