Belçika millisinin baş məşqçisi Rudi Qarsiya komandanın DÇ-2026-dakı perspektivlərini qiymətləndirib.
Sportal.az “Football Italia”ya istinadən xəbər verir ki, o, rəhbərlik etdiyi milli komandanın autsayder olduğunu deyib:
“İlk növbədə, qrup mərhələsini keçmək istəyirik ki, bu da 2022-ci illə müqayisədə irəliləyiş olardı və sonra necə olacağını görəcəyik. Hər şey qarşılaşacağımız rəqiblərdən asılı olacaq. Amma əsas məsələ Nyu-Yorka yollanmamışdan əvvəl mübarizədə qalmaqdır. Biz artıq altı il FİFA reytinqində birinci yerdə olan ölkə deyilik. Hazırda biz autsayderik və bu normaldır. Məşqçi kimi bu vəziyyətlərə öyrəşmişəm”.
Qeyd edək ki, Belçika millisi Misir, İran və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb. Mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
