Millimiz Bəhreynlə qarşılaşır

12:13 - 6 İyun 2026

Türkiyədə təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayacaq.

Sportal.az xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi kollettiv Bəhreyn yığması ilə üz-üzə gələcək.

İsparta şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq görüşünü Qırğızıstan millisinə qarşı keçirəcək. Oyun iyunun 9-da baş tutacaq.

Xəbər xətti