"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir

12:37 - 6 İyun 2026

"Midyullann"ın futbolçusu Aral Şimşir karyerasını ölkəsində davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Qalatasaray" türkiyəli vingeri transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.

Danimarka klubu Şimşir üçün 20 milyon avro tələb edir. 23 yaşlı oyunçu özü İstanbul nəhənginə keçməyə isti yanaşır.

Qeyd edək ki, Aral Şimşir 2017-ci ilin yanvarında "Midyullann"ın akademiyasına qoşulub. Türkiyə millisinin üzvü 2025/26 mövsümündə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 12 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti