PSJ-nin yarımmüdafiəçisi Madrid klubuna keçmək istəyir

17:36 - 6 İyun 2026

PSJ-nin yarımmüdafiəçisi Li Kan İn karyerasını davam etdirmək üçün prioritet variantını müəyyənləşdirib.

Sportal.az xəbər verir ki, koreyalı futbolçunun əsas məqsədi "Atletiko"ya transfer olunmaqdır. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Kan İn kifayət qədər oyun şansı qazanmadığı üçün artıq bu yay PSJ-ni tərk etmək niyyətindədir. Səudiyyə Ərəbistanı, Türkiyə və İngiltərə Premyer Liqasından gələn marağa baxmayaraq, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi məhz Madrid klubuna üstünlük verir.

​"Atletiko" ötən qışdan bəri Li Kan In ətrafındakı vəziyyəti yaxından izləyir və artıq futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb. La Liqa təmsilçisi oyunçunun universallığını və texniki keyfiyyətlərini yüksək qiymətləndirir.

​Cənubi Koreya millisinin üzvünün transfer dəyərinin təxminən 30 milyon avro olacağı gözlənilir.

Qeyd edək ki, PSJ futbolçunu 2023-cü ilin yayında "Malorka"dan 22 milyon avroya transfer edib. ​Li Kan İn parislilərin heyətində çıxış etdiyi müddətdə 124 matça çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti