Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisini Vinçentso İtalyano çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssislə 2027/28 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə olub.
Qeyd edək ki, Vinçentso İtalyanonun son iş yeri ölkəsində "Bolonya" klubu olub. "Beşiktaş" isə Sergen Yalçınla yollarını ayırıb.
saytlarin hazirlanmasi
