Argentina milli komandası dünya çempionatı ərəfəsində ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, "Marsel"in kapitanı Leonardo Balerdi sıradan çıxıb. Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
27 yaşlı mərkəz müdafiəçisi komandanın məşqi zamanı zədələnib. Təcrübəli oyunçu yığmanın DÇ-2026 heyətindən kənarlaşdırılıb.
Qeyd edək ki, Argentina millisi dünya çempionatının final mərhələsinin J qrupunda Əlcəzair, Avstriya və İordaniya seçmələri ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi
